FETO qrupunun məsul şəxsi həbs olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i377560-feto_qrupunun_məsul_şəxsi_həbs_olunub
FETO qrupunun Türkiyədən xaricdəki baş üzvü həbs olunaraq, bu ölkəyə köçürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2021 15:35 Asia/Baku
  • FETO qrupunun məsul şəxsi həbs olunub

FETO qrupunun Türkiyədən xaricdəki baş üzvü həbs olunaraq, bu ölkəyə köçürülüb.

Türkiyə prezidentinin sərt müxaliflərindən olan FETO qrupunun başçısı Fəthullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən Türkiyə milli kəşfiyyat təşkilatı tərəfindən həbs olunub.

Təhlükəsizlik mənbələrinin sözlərinə görə, Türkiyədəki bir çox FETO amillərilə əlaqədə olan Səlahəddin Gülən bundan öncə xaricə qaçıb.

Türkiyə hökuməti Səlahəddin Güləni silahlı bir terror qrupuna üzvlükdə ittiham edib.

Deyilənlərə görə, Səlahəddin Gülən FETO qrupunun məsul şəxsləri və sözdə məşvərət komitəsinin üzvləri ilə də əlaqədə olubdur.

Ankara Fəthullah Güləni uğursuz 2016-cı il çevrilişinin əsas amili kimi təqdim edir.

FETO qrupunu terrorçu bir qrup kimi təqdim edən Türkiyə hökuməti bu uğursuz çevrilişdən sonra bir çoxlarını bu qrupla əlaqədə olmaq ittihamı ilə həbs və mühakimə edibdir.

Bir çoxları da elə bu ittihamla dövlət orqanlarından təmizlənibdir.

FETO QRUPUNUN MƏSUL ŞƏXSİ HƏBS OLUNUB