Türkiyə lirəsi tarixdə ən aşağı həddə enib
https://azeri.sahartv.ir/news/türkiyə-i377663-türkiyə_lirəsi_tarixdə_ən_aşağı_həddə_enib
Türkiyənin pul vahidi olan lirə Ankara başçılarının faiz qiymətini azaltmaq üzrə səylərindən sonra özünün ən aşağı həddinə enib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2021 13:16 Asia/Baku
  • Türkiyə lirəsi tarixdə ən aşağı həddə enib

Türkiyənin pul vahidi olan lirə Ankara başçılarının faiz qiymətini azaltmaq üzrə səylərindən sonra özünün ən aşağı həddinə enib.

Rəcəb Tayyıb Ərdoğanın Türkiyə hökumətinin faiz qiymətini azaltmaq üzrə səyindən xəbər verməsindən sonra Türkiyə lirəsinin dollar qarşısındakı məzənnəsi dörd faiz süqut edərək, 8.88 vahidə endi.

Türkiyəli investorlar Ərdoğanın nəzarətinə görə, bu ölkənin mərkəzi bankının istiqlaliyyətə malik olmamasından narahatdırlar.

Həmçinin korona dövründə Türkiyənin xarici bazarlara ixracatının azalmasından əlavə, bu ölkənin ən mühüm valyuta gəliri mənbələrindən biri olan xarici turistlərin Türkiyəyə səfərləri də azalıbdır.