Türkiyədə korona qurbanlarının sayı 52 min nəfəri keçib
Türkiyə səhiyyə nazirliyi bu ölkədə koronavirus qurbanlarının sayının əlli iki min nəfəri ötüb keçdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, nazirlik dünən gecə qeyd edib ki, ötən sutka ərzində bu ölkənin daha yüz on iki vətəndaşının koronavirusa yoluxma səbəbindən həyatını itirməsilə, Türkiyədə bu virusdan həyatını itirənlərin sayı 52 min 88 nəfərə çatıb.
Türkiyə səhiyyə nazirliyi bu ölkədə koronavirusa yoluxanların ümumi sayını beş milyon 895 min 841 nəfər elan edibdir ki, bu rəqəm cüməgünkü statistika ilə müqayisədə 25 min yüz nəfər artımdan xəbər verir.
Son günlər Türkiyədə koronavirus nəticəsində yoluxma və ölüm halları bir daha artım prosesinə malik olub.
Belə bir hlada, Türkiyə səhiyyə nazirliyinin məlumatına əsasən, indiyədək bu ölkədə beş milyon 498 min 520 korona xəstəsi də sağalıbdır.