Avq 18, 2021 13:39 Asia/Baku
  • Türkiyə Əlhəşdüşşəbi qüvvələrinə qarşı hava hücumları keçirib

Bir iraqlı mənbə Türkiyənin İraqın Neynəva vilayətində yerləşən Səncar şəhərinin ətrafındakı bölgələrə qarşı hava hücumlarından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, bir iraqlı təhlükəsizlik mənbəyi bu gün bildirib ki, Türkiyə qırıcıları Səncar şəhərinin ətrafında yerləşən və Əlhəşdüşşəbi-nin tabeliyində olan qüvvələrə məxsus hospitalı bombalayıblar. İlkin məlumatlara əsasən, bu hava hücumlarında bir neçə nəfər ölüb və yaralanıb.

«Sabirin Nyus» teleqram kanalı bu hücumlara işarə edərək, bildiribdir ki, həmin qırıcılar xəstəxanaya yaxınlaşmaq istəyən bütün avtomobilləri bombalayırlar.

Hələ Əlhəşdüşşəbi və ya İraqdakı digər rəsmi mənbələr bu hücumların detallarını elan etməyiblər.

Teqlər