Ərdoğan Talibanın müvəqqəti hökumətinə münasibət bildirib
Türkiyə prezidenti, Əfqanıstanı idarə edəcək Taliban tərəfindən elan olunan müvəqqəti hökumət haqda deyib: "Biz bu hökumətin nə qədər davam edəcəyini bilmirik".
SəhərAzəri-nin verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Konqo Demokratik Respublikasının prezidenti keçirdiyi birgə mətbuat konfransında Əfqanıstanda Taliban tərəfindən qurulan yeni hökumət barədə sualın cavabıbda deyib: "Bizim vəzifəmiz bu prosesi diqqətlə izləməkdir".
Ərdoğan Kabil Hava Limanının fəaliyyətinə də toxunaraq əlavə edib ki, Türkiyənin nöqteyi-nəzərindən hələ heç bir müsbət inkişaf yoxdur.
"Taliban"ın elan etdiyi Əfqanıstanın yeni hökuməti bu gündən etibarən fəaliyyətə başlamalıdır. Avqustun 15-də Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra Türkiyə Kabil hava limanının təhlükəsizliyini təmin etməyi təklif etdi, lakin Taliban Əfqanıstanda heç bir xarici hərbçi qüvvənin olmasını qəbul etməyəcəklərini söylədi. Ərdoğan daha əvvəl Talibanın Kabil hava limanına nəzarəti Türkiyəyə tapşırdığını iddia etmişdi.