Sen 13, 2021 17:12 Asia/Baku
  • Türkiyə ABŞ-a regional əməkdaşlıq təklif edib

Türkiyənin müdafiə naziri ABŞ rəsmilərini bölgədə varlıqları ilə əlaqədar Ankara ilə məsləhətləşməyə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin müdafiə naziri Hulusi Akar Hüriyyət qəzetinə verdiyi müsahibədə, ölkənsinin bölgədə böyük bir güc olduğunu və Vaşinqtonun bölgədə varlığı üçün Ankaranın əməkdaşlığına ehtiyaclı olduğunu iddia edib.

O, Türkiyə ilə ABŞ-ın Əfqanıstan mövzusunda bir-birləri ilə əməkdaşlıq edə biləcəklərini və bunun davam edə biləcəyini sözlərinə əlavə edib.

Türkiyənin müdafiə naziri elə bir halda Ankara-Vaşinqton münasibətlərinin yaxşılaşdığını bildirir ki, Rusiyanın S-400 zenit raket sistemlərinin alınması ilə əlaqədar iki ölkə arasındakı mübahisələr hələ də davam edir və Vaşinqton dəfələrlə ABŞ-ın hərbi qanunlarına zidd hərəkətlərin nəticələri barədə Rəcəb Tayyib Ərdoğanın hökumət rəsmilərinə xəbərdarlıq edib.

Teqlər