Sen 21, 2021 11:08 Asia/Baku
  • Yunanıstan tədqiqat gəmisi
    Yunanıstan tədqiqat gəmisi

Türkiyə bir Yunanıstan gəmisinin bu ölkənin cənub su hüdudlarındakı tədqiqat fəaliyyətlərinə etiraz edib.

SəhərAzəri-nin məlumatına əsasən, Yunanıstan sentyabrın 16-da Türkiyə sularının yaxınlığında, Yunanıstanın cənubunda yerləşən Krit adasının şərqinə, «Nautical Geo» tipli tədqiqat gəmisinin fəaliyyəti üçün yeni gəmi göndəribdir.

Türkiyə müdafiə nazirliyi bir bəyanatda bu gəminin iştirakını təhrikedici adlandırıb və onun nəticələri haqda xəbərdarlıq edib.

Belə bir halda, bundan qabaq Türkiyənin müdafiə nazirliyi bildirmişdi ki, bu ölkə Yunanıstanın ərazi hüdudlarında yeni təlim-məşq keçirmək niyyətindədir.

Türkiyə ilə Yunanıstan arasındakı ixtilafları tarixi kökə malikdir, amma son illərdə Türkiyənin Aralıq dənizinin şərqində enerji mənbələri aşkar etmək üzrə hərəkətlərindən sonra iki ölkənin o qədər də yaxşı olmayan münasibətləri siyasi çəkişmə və qarşılıqlı hədə-qorxularla müşayiət olunubdur.

Bu prosesdə Yunanıstana dəstək verən və Ərdoğan hökumətinin həmin ölkədəki türk mənşəli azlıqları himayə fikrini rədd edən Avropa Birliyi Ankaranı bir neçə dəfə iqtisadi dəyişikliklər və sanksiya ilə hədələyibdir.

 

Teqlər