Sen 27, 2021 13:08 Asia/Baku
  • ABŞ hökuməti Türkiyəyə xəbərdarlıq etdi

ABŞ Dövlət Departamentinin sözçüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın CBS kanalına verdiyi müsahibədə Türkiyənin Rusiyadan ikinci partiya S-400 raketləri almağı planlaşdırdığını söyləməsinə münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Ned Prays deyib: "Türkiyəni Rusiyadan bir daha hərbi təchizat almaması üçün xəbərdar edirik. Türkiyəyə açıq şəkildə Rusiyadan hər hansı yeni silah alqı-satqısının 2020-ci ilin dekabrında tətbiq olunanlardan başqa, əlavə CAATSA 231 sanksiyalarına səbəb olma riski olduğunu söyləməyə davam edirik".

Dövlət Departamentin sözçüsü ABŞ-ın Türkiyəni müttəfiq və dost olaraq gördüyünü və "fikir ayrılıqlarına baxmayaraq" Türkiyə ilə tərəfdaşlığı gücləndirmək üçün yollar axtardıqlarını da söyləyib. 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan CBS telekanalına müsahibəsində demişdi ki, gələcəkdə heç kim hansı müdafiə sistemlərini, hansı ölkədən, hansı səviyyədə əldə etdiyimizə müdaxilə edə bilməyəcək. Buna heç kim müdaxilə edə bilməz” .  

Rusiya və Türkiyə 2017-ci ildə Moskva tərəfindən Ankaraya “S-400” hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün müqavilə imzalayib. Bu sistemləri Rusiyadan alan ilk NATO ölkəsi Türkiyə olub. Ankaranın bu qərarı Vaşinqtonun və bütövlükdə ittifaqın kəskin mənfi reaksiyasına səbəb olub. 

Teqlər