Okt 16, 2021 20:02 Asia/Baku
  • Türkiyə lirəsinin çöküşü bu ölkə mətbuatında narahatlıq doğurur

Türkiyə mətbuatı bu ölkə prezidentinin siyasətlərini tənqid edərək, milli valyutanın devalvasiyasından narahat olduqlarını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, nəşriyyatın çoxu Türkiyədəki bütün sahmansızlıqlarda və türk lirəsinin dəyərdən düşməsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı günahlandırır.

Cümhuriyyət qəzeti yazıb: "İnflyasiya xalqı bezdirib". 

Qəzet türk lirəsini dollarla müqayisə edib və benzinin qiymətini dərc edərək, yazıb: "Ərdoğan mərkəzi bankın qərarlarına qarışmasın".

"Sözçü" qəzeti də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun Mərkəzi Bankın sədri ilə görüşünü dərc etmək bəhanəsi ilə Ərdoğanın pul siyasətinə müdaxiləsini tənqid edib və yazıb: "Ərdoğana səlahiyyət verdik, nəticələrini gördük".

Teqlər