NATO-da Türkiyəyə etimadsızlıq
Türkiyədən NATO daxilindəki hərbi ittifaqlara etiraz
Türkiyənin müdafiə naziri NATO üzvlərinin yeni hərbi ittifaqlarının etimadı sarsıldacağını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,Sentyabrın sonlarında Fransa Prezidenti Emmanuel Makron və Yunanıstan Baş naziri Kiriakos Miçotakis ölkələr arasında 3.5 milyard dollarlıq hərbi müqavilə imzalayıb. Müqaviləyə əsasən, Fransa Yunanıstana hərbi gəmilər tədarük edəcək.
Türkiyənin müdafiə naziri Hulusi Akar Yunanıstan və Fransa arasındakı hərbi razılaşmaya münasibət bildirərkən deyib:
"NATO-nun içərisində olmağımıza rəğmən ittifaqların axtarılması həm NATO-ya, həm də ikili münasibətlərə zərər verər, güvəni sarsıdar".
Türkiyə NATO-ya daxil olsa da bu hərbi alyansın üzvləri Türkiyəni özlərinə təhdid görürlər. Türkiyə müdafiə naziri bu mövzuya isə belə toxunub:
Türkiyənin güclənməsi, eyni zamanda NATO-nun müdafiəsinin güclənməsi anlamına gəlir.
"F-16" qırıcılarının Türkiyəyə tədarükü ilə bağlı danışan Akar "Texniki çalışmalar başladılıb. Prosesi izləyirik”,- deyib.
Qeyd edək ki, sualtı enerji ehtiyatları ilə bağlı Yunanıstanla Türkiyə arasında ciddi ixtilaflar yaşanır və Avropa ittifaqı bu məsələdə Yunanıstanın tərəfində durur.