Ermənistandan çox müsbət mesajlar gəldi
https://azeri.sahartv.ir/news/türkiyə-i382575-ermənistandan_çox_müsbət_mesajlar_gəldi
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Turk"-ə müsahibəsində jurnalisitin "Ermənistandan gələn müsbət bir mesaj varmı?" sualına cavabında deyib: "Ermənistandan çox müsbət mesajlar gəldi. Ermənistanın atacağı müsbət addımlara qarşılıq verəcəyik.”
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2021 14:53 Asia/Baku
  • Ermənistandan çox müsbət mesajlar gəldi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Turk"-ə müsahibəsində jurnalisitin "Ermənistandan gələn müsbət bir mesaj varmı?" sualına cavabında deyib: "Ermənistandan çox müsbət mesajlar gəldi. Ermənistanın atacağı müsbət addımlara qarşılıq verəcəyik.”

SəhərAzəri-nin verdiyi məlumata görə Türkiyənin XİN başçısı eyni zamanda Azərbaycanın çağırışlarına Ermənistandan müvafiq cavab verilmədiyini diqqətə çəkib: “Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistana çağırış etsə də, Ermənistan tərəfindən hələ də buna cavab verilməyib", - deyə Çavuşoğlu bildirib.

Türkiyəli nazir Azərbaycanla birlikdə atıla biləcək addımların müzakirəsinə toxunaraq Azərbaycan-Türkiyə-Ermənistan üçtərəfli görüşünün keçirilmə ehtimalını da istisna etməyib.