Türkiyə, Amerika və Rusiya silahlarının qarşıdurma nöqtəsi!
https://azeri.sahartv.ir/news/türkiyə-i382656-türkiyə_amerika_və_rusiya_silahlarının_qarşıdurma_nöqtəsi!
Rusiyadan S-400 zenit-raket kompleksinin alınması iki ildən artıqdır ki, Türkiyəni Şimali Atlantika Alyansı Təşkilatı NATO və ABŞ-ın etirazları və təzyiqlərinə məruz qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2021 17:08 Asia/Baku
  • Türkiyə, Amerika və Rusiya silahlarının qarşıdurma nöqtəsi!

Rusiyadan S-400 zenit-raket kompleksinin alınması iki ildən artıqdır ki, Türkiyəni Şimali Atlantika Alyansı Təşkilatı NATO və ABŞ-ın etirazları və təzyiqlərinə məruz qoyub.

SəhərAzəri-nin məlumatına əsasən, F-35 qırıcılarının birgə istehsalı proqramından kənarlaşdırma, KAATSA qanunu çərçivəsində müdafiə sənayesinə və işçilərinə qarşı sanksiyalar və 100 ədəd F-35 qırıcılarının alınması üçün ödənilən 1,4 milyard dolların bloklanması ABŞ və Türkiyənin Qərb müttəfiqlərinin onu cəzalandırmaq üçün variantları sırasındadır. 

Bu elə bir haldadır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə G-20 sammiti çərçivəsində amerikalı həmkarı Co Baydenlə ilk ikitərəfli görüşündə F-35 məsələsinə son qoyacağını vəd edib.

O, əlavə edib: "Amerikalılar ya təyyarələri verməlidirlər, ya da Türkiyənin pulunu qaytarmalıdırlar".

Məlumata əsasən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ABŞ-ı alınan təyyarələri təhvil verməkdən imtina etdiyi üçün hədələyib.