Romada keçirdiyi mətbuat konfransında
Ərdoğan altılıq platformasına təkid edib
Türkiyə Prezidenti Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarı olduğunu vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Romada G20 Liderlərinin Samitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib: “Əgər bütün tərəflər müsbət yanaşma nümayiş etdirərsə, bölgədə belə bir əməkdaşlıq platforması yaradıla bilər.”
Rəcəb Tayyib Ərdoğan deyib:“Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıyıq. Bu ölkələr Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistandır. Altı ölkə ilə birgə bu addımı atmağı və bölgədə sülhü təmin etməyi istəyirik.
Türkiyə prezidenti altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının mümkünlüyü ideyasının Azərbaycan Prezidenti İlham Əliyevə məxsus olduğunu xatırladıb və deyib: “Əgər bütün tərəflər müsbət yanaşma nümayiş etdirərsə, bölgədə belə bir əməkdaşlıq platforması yaradıla bilər. Bu platforma yaradılandan sonra bölgədə tez bir zamanda sülh təmin olunacaq”.