Türkiyə iki sionist vətəndaşın həbs müddətini 20 gün uzadıb
Noy 13, 2021 14:29 Asia/Baku
Sionist rejimi mediası Türkiyədə bir məhkəmənin casusluq ittihamı ilə bu yaxınlarda həbs edilən iki sionist vətəndaşının həbs müddətini 20 gün uzatdığını bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, ivrit dilində dərc edilən "İsrail Hayom" qəzeti cümə günü yazıb: "İstanbulda bir məhkəmə bir müddət əvvəl Türkiyə polisi tərəfindən saxlanılan sionist cütlüyün həbs müddətini 20 gün uzadıb".
Məlumata görə, sionist cütlük Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın evinin fotolarını çəkdiyi üçün həbs edilib.
Bundan əvvəl sionist rejim mətbuatı Türkiyə rəsmilərinə istinadən iki sionist vətəndaşın məhkəmə qarşısına çıxarıldıqdan sonra azad ediləcəyini bildirmişdi, lakin bu baş verməmişdi.