Noy 13, 2021 15:31 Asia/Baku
  • Türkiyəyə qarşı ABŞ-Sionist layihəsi üzə çıxıb

Türkiyədə hakimiyyəti dəyişmək məqsədi ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və MOSSAD-ın keçmiş rəhbərliklərinin təşəbbüsü ilə layihə hazırlanıb.

SəhərAzəri-nin məlumatına əsasən,Türkiyə mediası bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2023-cü ildə hakimiyyətdən devirmək üçün yaradılan Türkiyə Demokratiya Layihəsini (Türk Demokrasi Projesi) amerikalı milyarder Tomas Skott Kaplanın maliyyələşdirdiyi bəlli olub.

Beyin mərkəzi adı altında insan haqları, ifadə azadlığı və qanunun aliliyi kimi guya Qərb dəyərlərinə istinad edərək Türkiyədə hakimiyyəti dəyişdirməyi hədəfləyən təşkilat bu məqsədlə Türkiyədə iqtisadi və sosial böhran yaratmağı da planlaşdırır.

Əsas məqsəd də Türkiyənin ictimai-siyasi strukturunda qarşıdurmalar yaradaraq, Prezident Rəcəb Tayyib Ərdoğan hakimiyyətini zəiflədib 2023-cü il seçkilərində hakimiyyət dəyişikliyi etməkdir.

Türkiyə medialarının iddialarına görə, təşkilatın baş direktoru ABŞ-ın BMT-dəki keçmiş səfiri Mark Uolles, təsisçisi isə Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Frensis Taunsenddir.

Teqlər