Ərdoğana qarşı terror planı zərərsizləşdirilib
Dek 05, 2021 11:24 Asia/Baku
Türkiyənin rəsmi informasiya kanalları xəbər veriblər ki, şənbə günü Türkiyənin cənubunda bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın çıxış edəcəyi məkanda bomba aşkar edilib.
SəhərAzəri-nin məlumatına əsasən, Bomba bir polis maşınının altında yerləşdirilibmiş.
Qeyd edək ki, son günlər Türkiyənin vəziyyəti bu ölkənin milli pul vahidinin dəyərinin tənəzzül etməsindən irəli gələn iqtisadi böhranlara görə, gərginliklə müşayiət olunub.
Onu da qeyd edək ki, Ərdoğan bir neçə gün bundan öncə bu ölkənin iqtisadiyyat nazirini kənarlaşdırıb, Nurəddin Nəbatini Türkiyənin yeni iqtisadiyyat və maliyyə naziri kimi təqdim etdi.
Deyilənlərə görə, Nəbati faiz məzənnəsinin azaldılmasının sərt tərəfdarlarındandır.