İran və Türkiyə parlamentləri qarşılıqlı əlaqələrin yüksəlişində mühüm rol oynayırlar
https://azeri.sahartv.ir/news/türkiyə-i383910-İran_və_türkiyə_parlamentləri_qarşılıqlı_əlaqələrin_yüksəlişində_mühüm_rol_oynayırlar
İran İslam Şurası Məclisinin sədri vurğulayıb ki, İran və Türkiyə parlamentləri qarşılıqlı əlaqələrin yüksəlişində mühüm rol oynayırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2021 08:16 Asia/Baku
  • İran və Türkiyə
    İran və Türkiyə

İran İslam Şurası Məclisinin sədri vurğulayıb ki, İran və Türkiyə parlamentləri qarşılıqlı əlaqələrin yüksəlişində mühüm rol oynayırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Qalibaf dünən Türkiyə-İran parlament dostluğu qrupunun türkiyəli həmsədri Osman Nurinin qarşılama mərasimi ilə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin parlamentlərarası birliyinin yığıncağında iştirak məqsədilə İstanbula daxil olub.

İran İslam Şurası Məclisinin sədri İstanbul hava limanına daxil olarkən deyib ki, iki ölkənin, xüsusən də İran və Türkiyə parlamentlərinin əlaqələri yaxşı səviyyədədir.

Ümid edirəm ki, bu əlaqələr əməkdaşlıqların daha da yüksəlməsilə nəticələnəcək-deyə, Qalibaf əlavə edib.

Osman Nuri də İran İslam Şurası Məclisinin sədrini qarşılayarkən İran və Türkiyənin regiondakı yerlərinə işarə ilə iki ölkə əlaqələrinin inkişafına təkid edib.

İki ölkənin yaxın və irəliləyən dialoqlarla 2023-cü ilədək əlaqələrin yüksəlişi yolunda addımlayacağına ümid bəsləyirəm.- Qalibaf bildirib.

İran İslam Şurası Məclisinin sədri və İran parlament heyəti İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin parlamentlərarası birliyinin toplantısında iştirak edəcəklər.

Toplantı Fələstin, mühacirət və Əfqanıstan mövzuları ilə dekabrın doqquzu və onunda İstanbulda keçiriləcək.