“altılıq platforması”nın ilk iclası Moskvada keçiriləcək
https://azeri.sahartv.ir/news/türkiyə-i383916-altılıq_platforması_nın_ilk_iclası_moskvada_keçiriləcək
Türkiyə Xarici İşlər Nazirliyi Moskvada “altılıq platforması”nın (“3+3”) ilk iclasının keçiriləcəyindən xəbər verib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 09, 2021 09:07 Asia/Baku
  •  “altılıq platforması”nın ilk iclası Moskvada keçiriləcək

Türkiyə Xarici İşlər Nazirliyi Moskvada “altılıq platforması”nın (“3+3”) ilk iclasının keçiriləcəyindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə XİN-i bildirib: Cənubi Qafqazda davamlı sülh və sabitliyin təsis edilməsi üçün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası 10 dekabr 2021-ci il tarixində Moskvada keçiriləcək.

Məlumatda iclasın Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcəyi bildirilib.

Gürcüstan isə bu gün bildirib ki, bu ölkə  dekabrın 10-da keçiriləcək "altılıq" ("3+3") platformasının iclasında iştirak etməyəcək.“Xarici işlər nazirinin parlamentdəki sonuncu dinləmə zamanı məsələ ilə bağlı çıxışı da daxil olmaqla, Gürcüstan Xarici İşlər Nazirliyi "3+3" regional əməkdaşlıq təşəbbüsü ilə bağlı mövqeyini dəfələrlə aydın şəkildə vurğulayıb. Biz bu formatda iştirakı nəzərdən keçirməyəcəyik və ona görə də Gürcüstanb dekabrın 10-na təyin edilmiş iclasda təmsil olunmayacaq”,- deyə Nazirliyin bəyanatında bildirilib.