Dek 14, 2021 11:36 Asia/Baku
  • Bakı iki qonşusu arasında buzların əriməsindən narahat deyil?

Ermənistanın Xarixi İşlər Nazirliyi Türkiyə ilə münasibətlərə başlamağa tərəfdar olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan deyib ki, Ermənistan həmişəki kimi Türkiyə ilə münasibətlərin normallaşması prosesinə ilkin şərtlər olmadan başlamağa hazırdır. “Hökumətin proqramında da bu barədə məsələ öz əksini tapıb. Türkiyə XİN başçısının münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin etməsini xoş qarşılayırıq.

Qeyd edək ki, Mövlud Çavuşoğlunun rəsmi Ankara və İrəvan arasındakı münasibətlərin normallaşdırılacağı ilə bağlı açıqlamasına münasibət bildirmişdi.

Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edəcəklər

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində Xarici İşlər Nazirliyinin büdcəsi ilə bağlı təşkil edilmiş iclasda çıxışı zamanı, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində tezliklə xüsusi nümayəndənin təyin ediləcəyini bildirib.

O həmçinin əlavə edib ki, tezliklə Türkiyədən Yerevana hava reysi nəzərdə tutulacaq.

Türkiyə XİN rəhbərinin bu açıqlamasından sonra Ermənistan tərəfi də mövqe bildirib. Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ermənistan Türkiyə ilə danışıqlara başlamaq üçün xüsusi nümayəndə təyin edəcək.

Bir müddət əvvəl Ermənistan hökuməti Rusiyanın bu məsələdə vasitəçilik etməsini xahiş etmişdi. 

Rəsmi Bakının bu məsələyə mövqeyi hələ ki, aydın deyil. Çünki Ermənistan tərəfinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımadan və onunla sülh sazişi imzalamadan Türkiyə ilə dil tapması, ardınca isə diplomatik əlaqələrin qurulması Azərbaycanın maraqlarını təhlükə altına ata bilər. Ona görə də politoloqlar deyirlər ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün atacağı addımları mütləq Azərbaycanla razılaşdırmalıdır. 

Teqlər