Dek 17, 2021 17:25 Asia/Baku
  • Türkiyə avtomobil bazarında möhtəkirliklə mübarizəyə başlayıb

Türkiyənin maliyyə polisinin məmurları bu ölkənin əlli vilayətində eyni vaxtda keçirilən əməliyyatda yığılıb saxlanmış yüzlərlə avtomobili üzə çıxarıb və zəbt ediblər.

Türkiyədə iqtisadi böhran və valyuta bazarındakı qarmaqarışıqlıq möhtəkirlər və mənfəətpərəstlər üçün bir fürsət yaradıb.

Bir neçə aydır ki, nümayəndəliklərdə satış üçün avtomobil təqdim edilmir. Müştəri qeyri-real qiymətlə dəllal mərkəzindən əldə etməyə məcburdur.

Avtomobil dəllalları isə nümayəndəliklərdən topdansatış formasında satın alıb, azad bazarda ürəkləri istəyən qiymətə müştəriyə satırlar.

Vətəndaşlar deyirlər ki, Avtomobillərin qiyməti vasitəçilik səbəbindən, nümayəndəlikdən istehlakçının əlinə çatana qədər üçqat artır. Nümayəndəliyə də müraciət edəndə, deyirlər ki, satış üçün maşınımız yoxdur.

Durumu nəzərə alaraq Türkiyə polisi əlli vilayətdə əlli bir avtomobil möhtəkirini həbs edib və məhkəmə orqanlarına təhvil verib. 

Türkiyədə möhtəkirlik  ağır cinayət hesab olunur.

Yeni cəza qanunlarına görə, möhtəkirlər iki milyon lirəyədək cərimələnəcəklər.

Qeyd edək ki, elə bu çərçivədə ötən həftə Ankarada yerləşən bir avtomobil nümayəndəliyi nağd surətdə 545 min lirə cərimə edildi.

Teqlər