Dek 18, 2021 21:30 Asia/Baku
  • İstanbul birjası bağlanıb
    İstanbul birjası bağlanıb

Türkiyənin İstanbul birjası Türkiyə lirəsinin xarici valyutalar qarşısında dəyər itirməsinin ardınca bağlanıb.

İstanbul birjasının dünənki sövdələşmələri dayandırmaq qərarı bu dəlilə görə həyata keçirilibdir ki, Türkiyənin mill pul vahidinin bərabərlik məzənnəsi bir dollar qarşısında on yeddi lirəni ötüb keçibdir; bu da lirənin bu ölkə tarixində minimum azalma səviyyəsi sayılır.

Türkiyənin ən iri bankları, payları İstanbul birjasında süqut edən şirkətlərdən olublar. Türkiyənin TSKB və Parsan banklarının payları eyni səviyyədə- səkkiz tam yüzdə səksən beş faizlik dəyər itiriblər.

Türkiyə birjasının tətil barədəki qərarı bu ölkənin mill pul vahidinin dəyərinin kəskin tərzdə azalmasının ardınca baş verib və son zaman kəsiyində bu ölkənin mərkəzi bankının faiz məzənnəsini azaltmaq üzrə qərarına görə, qəbul edilib.

Bu tədbirin ardınca Türkiyənin mill pul vahidinin dəyəri dünən tarixdə yeni rekord qeydə aldırıb və bir ABŞ dolları qarşısında on yeddi tam mində doxsan doqquz lirəyə enibdir.

İşsizlik və iyirmi bir faizdən yuxarı inflyasiya da daxil olmaqla lirənin dəyərinin azalmasının nəticələrilə üzləşən Türkiyə xalqı bir neçə dəfə lirənin dəyər itirməsinə qarşı aksiya keçiribdir.

Teqlər