Dek 29, 2021 14:52 Asia/Baku
  • Türkiyənin səfirliyinə hücum olub

Çərşənbə axşamı Türkiyənin Varşavadakı səfirliyinə yanacaq qarışığı şüşəsi atılıb.

SəhərAzəri-nin,Türkiyə KİV-lərin istinadla verdiyi məlumata görə, insidentdə şübhəli bilinən şəxs saxlanılıb.

Polisin məlumatına görə, 34 yaşlı Türkiyə vətəndaşı Türkiyə diplomatik missiyasının binasına Molotov kokteyli atıb. Diqər şəxs qaça bilib.

"Səfirliyin yaxınlığındakı səkidə daha dörd Molotov kokteyli olan bağlama tapılıb", - paytaxt komendaturasının sözçüsü bildirib.

Səfirlik binasının fasadında yanğının izləri görünür. Zərərçəkənlər və maddi ziyan barədə məlumat verilməyib.

Teqlər