Dek 29, 2021 14:57 Asia/Baku
  • yüzlərlə məhbus intihar edib
    yüzlərlə məhbus intihar edib

Türkiyə həbsxanalarında yüzlərlə məhbus intihar edib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Gülizar Biçer Karaca son illərdə Türkiyə həbsxanalarında insan haqları pozuntuları və səhiyyə çatışmazlığından 641 məhbusun intihar etdiyini açıqlayıb.

Gülizar Biçer Karaca əlavə edib: "Ədliyyə Nazirliyi və Avropa Şurasının məlumatına görə, ehtiyacı olan məhbuslara psixoloji yardım göstərilmir və həbsxana işçilərinin intihara səbəb ola biləcək halları müəyyən etməyə kömək edən psixoloji pozğunluqlarla mübarizə üzrə ilkin təlimləri yoxdur".

Türkiyə Cümhuriyyət Xalq Partiyasının bu üzvü deyib: "Türkiyə həbsxanalarında izdiham səbəbindən səhiyyə xidmətlərinə əlçatanlıq səviyyəsi narahatlıq doğurur və vəziyyət hər ötən gün daha da pisləşir".

Hesabata görə, Türkiyə 2020-ci ildə hər 100 min nəfərə 357 məhbus olmaqla Avropa Şurasına üzv 47 ölkə arasında ən yüksək həbs nisbətinə sahib olub. 

Həmçinin Türkiyə həbsxanalarında 1605 xəstə məhbus var ki, onlardan 604-nün vəziyyəti ağırdır.

Teqlər