Ərdoğandan ziddiyyətli açıqlama
ABŞ-ın Suriyada terrorçu yetişdirdiyini deyən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ziddiyətli bir açıqlamada bu ölkənin qanuni hökumətinə dəstək verən dövlətləri də tənqid etdi.
SəhərAzəri-nin məlumatına əsasən,Amerikanın Suriyanın qanuni hökumətinə qarşı plan əsasında bu ölkədə terrorçular yetişdirməsinə toxunmadan deyib:“Amerikanın Suriyanın əhəmiyyətli bir hissəsində bazaları var. Digər tərəfdən terror təşkilatları ABŞ-dan ciddi dəstək alıb və indi də o dəstəyi almağa davam edirlər”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya səfərdən sonra Ankarada yerli jurnalistlərə verdiyi açıqlamada ABŞ prezidentləri Baydenlə,Trampla və Obama ilə görüşlərində bu barədə onlardan cavab tələb etdiyini bildirərək deyib: Onların hər birinə “Siz terror təşkilatlarını dəstəkləyirsiniz” demişəm. Onlar isə “biz geri çəkilirik, burada terror təşklatlarını dəstəkləmirik” deyirlər. Təbii ki, düz danışmırlar”, - deyə o xatırladıb.
Ərdoğan ABŞ-ın Suriyanın qanuni hökumətinə qarşı terrorçuları dəstəklədiyini desə də eyni zamanda paradoksal açıqlamsında Rusiya və İranın Suriyanın qanuni hökumətinə dəstəyini də qınayıb:
“Hazırda Rusiya Suriyaya dəstəyini geri çəksəydi, Əsəd tab gətirə bilməzdi. Əsəd hazırda Rusiyadan aldığı dəstəyin nəticəsində ayaqda qalıb. Aydın məsələdir ki, İranın da dəstəyi var”,- deyə Türkiyə prezidenti bildirib.