Fev 16, 2022 21:51 Asia/Baku
  • Türkiyə HƏMAS
    Türkiyə HƏMAS

Bir türk mediası Türkiyə rəsmilərinin bu ölkə daxilindəki Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın fəallarını və rəsmilərini qovmaq niyyətində olduğunu yazıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu elə bir haldadır ki, Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Türkiyə hökuməti dəfələrlə sionist rejimin işğalçılığı qarşısında Fələstin xalqını himayə etdiyini söyləyib.

Türkiyənin məşhur "Hüriyyet" qəzeti bu gün (16 fevral) ifşa edib ki, Türkiyə il yarımdır regionun bir neçə ölkəsi o cümlədən sionist rejimlə gizli danışıqlar kanalı yaradıb.

Məlumata görə, ən gərgin danışıqlar HƏMAS fəallarının ölkədən çıxarılmasını istəyən İsraillə olub.

Bu elə bir haldadır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda verdiyi açıqlamada İsrail rejiminin prezidenti İshaq Hersoqun martın ortalarında Türkiyəyə səfər edəcəyini bildirib.

Türkiyə ilə sionist rejim arasında təhlükəsizlik və iqtisadi əlaqələr də daxil olmaqla, münasibətlər həmişə normal və inkişaf etməkdə olub. 

Teqlər