Türkiyənin xarici işlər naziri yunan həmkarının ittihamlarına cavab verib
Yunan həmkarını tənqid edən Türkiyənin xarici işlər naziri bildirib ki, yüksək rütbəli diplomat Ukrayna böhranından sui-istifadə edərək, Türkiyəyə böhtan atır.
SəhərAzəri-nin məlumatına əsasən, Yunanıstanın xarici işlər naziri Nikos Dendias dünən deyib ki, Türkiyə Ukraynadakı vəziyyətdən fürsətcil şəkildə istifadə edir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkələrdəki hesabında deyib: "Dünyanın diqqəti Ukraynadakı faciəyə yönəldiyi bir vaxtda mənim dostum, Yunanıstan xarici işlər naziri Nikos Dendias yeganə hobbisinə, yəni istənilən vəziyyətdə Türkiyəyə qarşı böhtan atmağa fokuslanıb".
Ukrayna böhranı başlayandan bəri Türkiyə hökuməti hər bir qlobal problem olduğu kimi, bu məsələdən öz siyasi və təbliğat maraqları üçün maksimum yararlanmağa çalışıb.
Bu elə bir haldadır ki, Rusiyanın hərbi gəmilərinin Qara dənizə girməsinə qadağa qoyulmasının vacibliyinə baxmayaraq, Türkiyə indiyədək Bosfor və Dardanel boğazlarını rus gəmiləri üçün bağlamaqdan imtina edib.