Mart 01, 2022 23:24 Asia/Baku
  • “Ukraynaya göstərdiyiniz həssaslığı Türkiyəyə də göstərin!”

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Serbiya prezidenti ilə birgə mətbuat konfransında etdii çıxışında Avropa İttifaqının Ukraynanı bu ittifaqa qəbul etmək səylərinə toxunub və bu səyləri bu birliyin Türkiyəyə qarşı münasibəti ilə müqayisə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Təyyib Ərdoğan deyib: "Ukraynanın Aİ-yə daxil olması üçün göstərilən səyləri yüksək qiymətləndiririk, amma mən Aİ üzvlərindən soruşuram: Siz niyə hələ də Türkiyəni Aİ-yə qəbul etməyə tərəddüd edirsiniz?

Türkiyə prezidenti “yoxsa kimsə Türkiyəyə hücum etsə Türkiyəni gündəmə gətirəcəksiniz?”,- sualı ilə avropalılara müraciət edərək “Ukrayna ilə bağlı göstərdiyiniz həssaslığı Türkiyə üçün də göstərin.”-deyib.

Ərdoğan ölkəsinin NATO-ya, onun genişlənməsi proqramına verdiyi töhfələrə diqqət çəkərək sonra belə deyib: Avropa Birliyinə üzv ölkələrlə NATO içərisində bir yerdə olduğumuz, müttəfiq olduğumuz və müdafiə sənayesi sahəsində əməkdaşlıqlar aparmalı olduğumuz halda onlar Türkiyəyə yaxın durmurlar.

“Niyə Türkiyəyə verməli olduğunuz silah-sursat və hərbi təchizatları vermirsiniz?”- deyə soruşan Türkiyə prezidenti “ Bu həmrəyliyimiz üçün də zəruridir ancaq vermirlər, yenə bir müharibə olmasınımı gözləyirlər? Bunlar səmimi deyillər”,- deyə bildirib.

“NATO üzvləri də sadəcə boş sözlər danışır, Avropa Birliyi üzvləri də boş sözlər danışır və Ukrayna xalqının başına gələn bu bəlalar qarşılığında Zelenskinin çıxışını Avropa Birliyi Parlamentində ayaqda alqışlayırlar. Əla inkişafdı!”,- Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib.

 

Teqlər