Rusiya prezidenti türkiyəli həmkarını məyus etdi
Putin: Axıra kimi gedəcəyəm
Rusiyanın dövlət başçısı Türkiyə prezidentinin sözünü yerə salıb, müharibəni davam etdirəcəyini söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla telefon danışığı zamanı bildirib ki, Ukraynada “xüsusi əməliyyat”ın dayandırılması yalnız Kiyev döyüşləri dayandırsa və Rusiyanın tələblərini yerinə yetirərsə mümkündür.
Bu barədə Kremlin ümumi bəyanatında deyilir: “Putin Ukrayna təhlükəsizlik qüvvələrinin öz vasitələrini yenidən toplamaq üçün istifadə etdiyi danışıqlar prosesini uzatmaq cəhdlərinin nəticəsizliyinə diqqət çəkilib. Bununla bağlı xüsusi əməliyyatın dayandırılmasının yalnız Kiyevin hərbi əməliyyatları dayandırması və Rusiyanın məlum tələblərini yerinə yetirməsi şərti ilə mümkün olduğu vurğulanıb”.
Bununla belə o, Rusiyanın münaqişənin həlli üçün Ukrayna ilə dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib.