Türkiyə Rusiya və Ukrayna ilə üçtərəfli danışıqlar aparacaq
https://azeri.sahartv.ir/news/türkiyə-i386667-türkiyə_rusiya_və_ukrayna_ilə_üçtərəfli_danışıqlar_aparacaq
Türkiyənin xarici işlər naziri yaxın günlərdə Rusiya və Ukrayna rəsmiləri ilə üçtərəfli görüşə ev sahibliyi edəcəyini açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2022 17:03 Asia/Baku
  • Mövlud Çavuşoğlu
    Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri yaxın günlərdə Rusiya və Ukrayna rəsmiləri ilə üçtərəfli görüşə ev sahibliyi edəcəyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin xarici işlər naziri bazar ertəsi günü bu həftənin sonunda Antalya Diplomatiya Forumunda Ukrayna və Rusiya ilə üçtərəfli görüş keçirəcəyini açıqlayıb.

Anadolu xəbər agentliyinin məlumatına görə, Mövlud Çavuşoğlu Deyib: "Bu görüşü üçtərəfli formatda 10 mart cümə axşamı günü Antalyada keçirəcəyik".

Ankara, Moskva və Kiyev arasında keçiriləcək üçtərəfli görüşün Ukrayna böhranında "dönüş nöqtəsi" olacağına ümid etdiyini bildirən türk rəsmisi bu addımı sülh və sabitliyə doğru "vacib addım" kimi dəyərləndirib.  

Türkiyənin xarici işlər naziri Ankaranın davamlı sülh üçün səylərini davam etdirəcəyini bildirib.

Bu gün səhər Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın İbrahim Kalın bildirib ki, Türkiyə Ukraynada atəşkəsi daimi etmək və sülh danışıqlarının nəticə verməsi üçün təşəbbüslərini davam etdirəcək.