Mart 10, 2022 13:04 Asia/Baku
  • Türkiyə İran nefti
    Türkiyə İran nefti

Türkiyənin energetika naziri İran neftindən istifadə ilə dünya bazarlarındakı neft çatışmazlığının azalacağına ümidvarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Alp Arslan Bayraktar deyib ki: Dünya daha çox neftə ehtiyac duyur. Bu neft İran, ABŞ, Venesuela və Ərəbistandan təmin edilməlidir.

İndiki şəraitdə özünü İran neftinə ehtiyaclı görən dünya bazarları hazırda Tehrana qarşı tətbiq edilmiş sanksiyaların ləğvi üstündə gedən Vyana müzakirələrinə göz dikib və müzakirələr prosesinin nəticə verəcəyinə ümid edirlər.

Bayraktar dünya bazarlarının qarışıq vəziyyəti və Rusiya nefti və qazının sanksiya edilməsi məsələsi barədə bildirib ki, Türkiyə Rusiya nefti və qazını sanksiya etməyəcək.

Türkiyəli nazirin sözlərinə görə, bu ölkə qaza olan ehtiyacının qırx beş faizini Rusiyadan təmin edir.

Türkiyə özünün nefti və benzinin müvafiq olaraq, on yeddi və qırx faizinin təmin edilməsində Rusiyadan olan idxalata söykənir.

 

Teqlər