Mart 10, 2022 13:28 Asia/Baku
  • Ərdoğan və Herzoq
    Ərdoğan və Herzoq

Türkiyə prezidenti Ankarada sionist rejim başçısı ilə birgə mətbaut konfransında onun Türkiyəyə səfərini iki tərəfin əlaqələrində bir dönüş nöqtəsi adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan və sionist rejimin başçısı İsaak Herzoq dünən axşamçağı Ankarada görüşdükdən sonra birgə mətbaut konfransında iştirak ediblər.

Türkiyə prezidenti bu mətbaut konfransında deyib: Əminəm ki, «İsrail»in başçısı İsaak Herzoqun Türkiyəyə tarixi səfəri iki tərəf arasındakı əlaqələrdə yeni bir dönüş nöqtəsi olacaq. Bizim İsraillə ortaq məqsədimiz, qarşılıqlı həssaslıqların nəzərə alınması və birgə maraqlar əsasında tərəflər arasındakı siyasi dialoqların bərpasıdır.

Rəcəb Tayyıb Ərdoğan iddia edib ki, Türkiyə-İsrail əlaqələrinin genişlənməsi hər iki tərəf, həmçinin region sülhü və sabitliyi üçün böyük əhəmiyyətə malikdir.

Türkiyə prezidenti bu mətbaut konfransında sonra deyib ki, Herzoqla söhbətdə Türkiyənin Qüdsün tarixi yeri, Məscidüləqsanın dini mahiyyəti və onun müqəddəsliyinə əhəmiyyət verdiyini vurğulayıb.

Sionist rejimin başçısı isə deyibdir ki, bu rejimin məqsədi, iki tərəf arasındakı dostcasına əlaqələrin inkişaf dayaqlarının möhkəmləndirilməsidir.

Bu mətbuat konfransı ilə bir vaxtda sionist mənbələr xəbər veriblər ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin üçündə işğal olunmuş Fələstinə səfər edəcək.

Sionist rejimin başçısı İsaak Herzoqun Türkiyəyə səfəri və bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanla görüşü ilə bir zamanda anti-sionist aksiyalar keçirən və bu saxta rejimin bayrağını yandıran Türkiyə xalqı həmin səfəri pisləyibdir.

 

Teqlər