Mart 23, 2022 16:21 Asia/Baku
  • Ərdoğan Şuşa Bəyannaməsi ilə bağlı qərar imzalayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin təsdiq edilməsi barədə qərar imzalayıb.

SəhərAzəri-nin məlumatına əsasən,dövlət başçısının qərarı Türkiyənin “Rəsmi Qəzet”-inin bu günkü sayında dərc edilib.

Bununla da Şuşa Bəyannaməsi Türkiyədə qüvvəyə minib.

Xatırladaq ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Teqlər