İstanbulun Bosfor boğazında ikinci minanın aşkar edilməsi təkzib edilib
https://azeri.sahartv.ir/news/türkiyə-i387328-İstanbulun_bosfor_boğazında_ikinci_minanın_aşkar_edilməsi_təkzib_edilib
Türkiyənin təhlükəsizlik mənbələri İstanbulda Bosfor boğazı sularında ikinci bir minanın aşkar edildiyinə dair xəbərləri təkzib ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2022 08:46 Asia/Baku
  • İstanbulun Bosfor boğazında ikinci minanın aşkar edilməsi təkzib edilib

Türkiyənin təhlükəsizlik mənbələri İstanbulda Bosfor boğazı sularında ikinci bir minanın aşkar edildiyinə dair xəbərləri təkzib ediblər.

Daha əvvəl Türkiyənin müdafiə naziri Xulusi Akar Ukrayna tərəfdən Bosfor boğazına gəldiyi ehtimal edilən minanın Türkiyənin hərbi dəniz qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirib.

Akar deyib: "Ankara bu məsələ ilə bağlı Ukrayna və Rusiya rəsmiləri ilə əlaqə saxlayıb və hazırda bölgədə dəniz nəqliyyatı ilə bağlı problem yoxdur".