Mart 28, 2022 11:28 Asia/Baku
  • Ərdoğan Putinlə söhbətində atəşkəsin vacibliyini vurğulayıb 

Türkiyə prezidenti Putinlə söhbətində atəşkəsin vacibliyini vurğulayıb. 

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə Prezidenti Tayyib Ərdoğan bazar günü keçirilən telefon danışığında rusiyalı həmkarı Vladimir Putinə bildirib ki, atəşin dayandırılması və humanitar şəraitin yaxşılaşdırılması vacib məsələdir. 

Ərdoğan həmçinin Rusiya və Ukrayna arasında atəşkəs rejiminin, regionda sülh və humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini qeyd edib.

O əlavə edib ki, Ukrayna və Rusiya işçi qruplarının danışıqlarının növbəti raundu İstanbulda keçiriləcək.

Ukrayna rəsmisi bu ölkə ilə Rusiya arasında təkbətək danışıqların növbəti raundunun martın 28-30-da Türkiyədə keçiriləcəyini bildirib.

Əvvəlki danışıqlar heç bir nəticə verməmişdir. 

Teqlər