Ərdoğan fələstinlilərin şəhadətsevər əməliyyatını pisləyib
Türkiyə prezidenti sionist rejimin başçısı ilə telefon söhbətində son bir neçə gün ərzində fələstinlilərin işğal olunmuş ərazilərdə keçirdikləri şəhadətsevər əməliyyatı pisləyib və onu nalayiq hərəkət adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Tayyıb Ərdoğan dünən axşamçağı sionist rejimin başçısı İsaak Herzoq ilə etdiyi telefon söhbətində ramazan ayının son on günündə Məscidüləqsa-nın namazqılanlar üçün açıq saxlanılması zərurətinə təkid edib.
Ərdoğanın fələstinlilərin şəhadətsevər əməliyyatını pisləməsinin fonunda qeyd edək ki, işğal olunmuş ərazilərdə yerləşən Təl-Əvivin Bney-Brak rayonu və Hayfa vilayətində yerləşən Əl-Xəzirə şəhəri bazar və çərşənbə axşamı günü gecə bir neçə fələstinli gəncin şəhadətsevər əməliyyatının şahidi olublar. Bu əməliyyatlarda azı yeddi sionist öldürülüb, bir qrup sionist isə yaralanıbdır.
Mediaların verdikləri məlumatlara əsasən, bir çox sionist-ekstremist qrup və sionist qəsəbə sakini bildiribdir ki, ramazan ayında Məscidüləqsaya basqına hazırdırlar. Bu hazırlığın elan olunmasının dəlili odur ki, cari ilin ramazan ayında islami münasibətlər və yəhud dininin bayramları bir zamana düşübdür.