Türkiyədə inflyasiya göstəricisində yeni rekord
https://azeri.sahartv.ir/news/türkiyə-i387654-türkiyədə_inflyasiya_göstəricisində_yeni_rekord
Türkiyə statistika mərkəzinin bildirdiyinə görə, mart ayında illik inflyasiya göstəricisi son iyirmi ildə ən yüksək səviyyəyə- 61,4 faizə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2022 12:22 Asia/Baku
  • Türkiyədə inflyasiya göstəricisində yeni rekord

Türkiyə statistika mərkəzinin bildirdiyinə görə, mart ayında illik inflyasiya göstəricisi son iyirmi ildə ən yüksək səviyyəyə- 61,4 faizə çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, İnflyasiya göstəricisi bir ay ərzində təqribən 5,5 faizlik artımın şahidi olub.

Mərkəzin statistikaları göstərir ki, mart ayına çıxan on iki ay ərzində ən çox qiymət artımı nəqliyyat sahəsinə aid olub və bu sektor ötən ildən bəri 99 faizdən çox bahalaşmaya məruz qalıb. Təkcə fevral ayından mart ayınadək olan müddətdə bu ölkədə nəqliyyat xərci on üç faizdən çox artıbdır.

Son bir il ərzində altmış faizdən çox artıma malik olmuş ticarət mallarından qida maddələrinə, spirtsiz içkilərə, ev ləvazimatlarına, həmçinin otel və restoranlara işarə etmək olar.

Rusiyanın Ukraynaya hücum etməsinə görə, əmtəə malları və enerji daşıyıcılarının qiymətlərinin qalxması, milli pul vahidi-lirənin dəyər itirməsi ilə çarpışamqda olan Türkiyədəki inflyasiyanı şiddətləndirib və bu ölkə üçün durumu daha da pisləşdiribdir.

2021-ci ildə təqribən 44 faiz tənəzzül edən lirə, cari milad ilinin bugünkü gününədək daha on faizə yaxın dəyər itirib.

2021-ci ilin ilk aylarında hər bir ABŞ dolları təqribən 7,4 lirəyə dəyişilirdisə, bu gün hər bir ABŞ dollarının dəyəri 14,7 lirədən yuxarıdır.