Ərdoğan: Türkiyənin İsrail rejimilə əlaqələri Qüds məsələsindən ayrıdır
Türkiyə prezidenti bu ölkənin sionist rejimlə əlaqələrini Qüds və Fələstin məsələsindən ayrı adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Mövcud faktlar göstərir ki, Türkiyə ilə İsrail rejimi arasında əlaqələr daima adi və genişlənməkdə olub.
Türkiyə 1949-cu ildə sionist rejimi rəsmən tanıdı. O zamandan bəri tərəflərin iqtisadi və hərbi sahələrdə sıx əlaqələri başlanıb.
Rəcəb Tayyıb Ərdoğan vurğulayıb ki, Ankaranın İsrail rejimi ilə siyasi-iqtisadi əlaqələr istiqamətində atdığı addımlar ayrı məsələdir, Qüds məsələsi də ayrı bir məsələ.
Ərdoğan iddia edib ki, Fələstin məsələsinin müdafiə edilməsi yolları İsrail rejimilə məntiqli və müvazinətli əlaqələrin qurulmasından keçir.
Belə bir halda, Ərdoğanın başçılıq etdiyi Türkiyə hökumətinin rəsmiləri dəfələrlə bildiriblər ki, sionist rejimin işğalçılığı qarşısında Fələstin xalqına dəstək verirlər.