Türkiyə Rusiyadan ikinci S-400 alayını almaqda israrlıdır
Türkiyə prezidenti ölkəsinin Rusiyadan S-400 zenit-raket sistemlərinin ikinci komplektinin alacağını vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Türkiyə ilə ABŞ və Şimali Atlantika Alyansı NATO arasında mübahisəni gücləndirən S-400 zenit-raket kompleksinin ikinci seriyasını əldə etmək üçün səylərini davam etdirəcəyini bildirib.
Ötən çərşənbə axşamı günü də Türkiyənin müdafiə sənayesi departamentinin rəhbəri ölkəsinin Rusiyadan S-400 zenit-raket komplekslərinin ikinci alayının alınması imkanını nəzərdən keçirdiyini bildirib.
İsmayıl Dəmir qeyd edib ki, Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin ikinci alayının tədarükünə dair müqavilə imzalanıb və Türkiyə ABŞ-ın təhdidlərinə baxmayaraq, əvvəldən buna razılaşıb və indi artıq qəbul edilmiş bu qərarın icrası mərhələsindədir.