May 07, 2022 12:34 Asia/Baku
  • Türkiyənin İraq və Suriyaya hərbi müdaxiləsi on milyonlarla dollara başa gəlib

Türkiyə iqtisadi böhran içində olarkən İraq və Suriyanın ərazi bütövlüyünü və suverenliyini pozmaq üçün 135 milyon dollar xərcləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə görünməmiş iqtisadi böhran şəraitində xaricdəki hərbi əməliyyatlara 135 milyon dollar xərcləyib.

Türkiyənin iqtisadi durumu ilə bağlı son xəbərlərə görə, bu ölkədə inflyasiyanın səviyyəsi 70 faizə çatıb. Ankara ötən il təhlükəsizlik məsələlərinə 70 milyard lirə yəni təxminən 4 milyard 670 milyon dollar xərcləyib.

İqtisadi böhranın pik həddində Türkiyənin ən kritik addımlarından biri İran və Suriya sərhədində divar tikintisinə və müşahidə kameralarının quraşdırılmasına 200 milyon lirə yəni təxminən 13,5 milyon dollar xərcləməsi olub. Ankara divar tikintisinin əfqan və suriyalı qaçqınların ölkəyə qirişinin qarşısını almaq məqsədi daşıdığını bildirib.   

Teqlər