May 09, 2022 20:13 Asia/Baku
  • Türkiyə
    Türkiyə

Türkiyədə bank borclarını ödəyə bilmədikləri üçün təqib edilənlərin və əmlakları müsadirə edilənlərin sayı artıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə Böyük Millət Məclisində Cümhuriyyət Xalq Partiyasının iqtisadi qrupu bildirib ki, bu ölkə vətəndaşları ev, avtomobil və istehlak kreditləri və ya kredit kartı borcları üçün banklardan və bank olmayan maliyyə qurumlarından 1 milyard 96 milyard lirə kredit götürüblər.

Məlumata görə, borclarını vaxtında ödəyə bilmədikləri üçün bir çox kredit götürən şəxs məhkəməyə verilib. Bu şəxslərin borcunun 28,3 milyard lirə olduğu bildirilir.

Türkiyə məhkəmə sistemi təkcə bu ilin ilk rübündə borcunu ödəyə bilməyən kredit alanlar üçün 3,4 milyon məhkəmə işi qaldırıb. Bu dövrdə borcu olanların təqib edilməsi və ya onların əmlakının müsadirə edilməsi nisbəti ötən illə müqayisədə 25,6 faiz artıb.

Teqlər