“Skandinaviya ölkələri terror təşkilatların yuvasına çevrilib”
https://azeri.sahartv.ir/news/türkiyə-i389048-skandinaviya_ölkələri_terror_təşkilatların_yuvasına_çevrilib
Türkiyə prezidenti ölkəsinin Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmadığını bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 13, 2022 13:28 Asia/Baku
  •  “Skandinaviya ölkələri terror təşkilatların yuvasına çevrilib”

Türkiyə prezidenti ölkəsinin Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmadığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunun səbəbini belə izah edib: “Bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO mövzusunda yanlış qərar veriblər. Beləliklə, Yunanıstanın NATO-nu da arxasına alaraq Türkiyəyə qarşı davranışını bilirsiniz. Skandinaviya ölkələri terror təşkilatların yuvasına çevrilib. PKK-sı, DHKP-C-si İsveçdə, Hollanda da yuvalanıb. Hətta oraların parlamentlərində də yer alırlar. Bu baxımdan onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”, - Türkiyə prezidenti deyib.