May 28, 2022 19:06 Asia/Baku
  • Ərdoğan Azərbaycan Respublikasına səfər edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə Bakıya gedib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan və Azərbaycan arasında 44 günlük müharibə zamanı Bakıya güclü dəstək verdi. Bu diplomatik, silah və kəşfiyyat dəstəyi erməniləri qəzəbləndirdi, amma bu etirazlara baxmayaraq, dəstək hələ də davam edir.

Türkiyə prezidenti bu səfərdə Azərbaycanın milli günü mərasimləri və ilk dəfə Bakıda təşkil edilən "TEKNOFEST Azərbaycan" festivalında iştirak edəcək.

Ərdoğanı bu səfərdə, Türkiyənin xarici işlər naziri , təhsil naziri, kənd təsərrüfatı və meşəçilik naziri, nəqliyyat və infrastruktur naziri, eləcə də Ədalət və İnkişaf Partiyasının sözçüsü, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri və Türkiyə prezidentinin mətbuat katibi müşayiət edirlər.

Teqlər