İyun 21, 2022 11:34 Asia/Baku
  • İsrailin Türkiyə üzərindən İranofobiya təbliğatının pərdəarxası -  VACİB TƏHLİL

Qondarma İsrail rejimi İran İslam Respublikasına qarşı hibrid müharibəsi çərçivəsində bu günlər yeni bir üsula əl ataraq İranofobiya təbliğatına keçib.

SəhərAzəri-nin məlumatına əsasən, sionist İsrailin məqsədi İranı gözdən salmaq, onun qonşu müsəlman ölkələri ilə əlaqələrini zərbə altında qoymaq və diqqətləri qaniçən rejimin Fələstindəki dövlət terrorizmindən yayındırmaqdır. Bununla əlaqədar İsrail rejimi bir-neçə gündür öz vətəndaşlarını İstanbula səyahət etməkdən yayınmağa, orada olanları isə işğal olunmuş Fələstin ərazilərinə qayıtmağa çağırır. Rejim mayın 30-da Türkiyəyə səyahətlə bağlı tövsiyəni kəskinləşdirərək, İranın guya Türkiyədə istirahət edən sionistləri öldürmək və ya qaçırmaq cəhdləri barədə iddia ilə çıxış edib.

Bu psixoloji müharibənin davamında sionist rejimin xarici işlər naziri Yair Lapid İsrail təhlükəsizlik qüvvələrinin necə deyərlər "böyük səy"ləri nəticəsində "son həftələrdə İsraillilərin həyatının xilas edildyini" və Türkiyə hökumətinə bu işdə verdiyi töhfəyə görə təşəkkür edib.

Maraqlıdır ki, sionist rejimin televiziyası da İran İslam Respublikasını şantaj etmək çərçivəsində Ankaranın Türkiyə torpaqlarında guya İranın hücumlarının qarşısını almaq üçün İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyini iddia edib.

İsrailin Kanal 13 televiziyası bu haqda İranla Türkiyə arasında ziddiyyət yaratmaq niyyəti ilə sionistlərə məxsus ifadələr işlədib. İddia olunur ki, Türkiyə kəşfiyyat xidmətləri İranın Türkiyə ərazisinə etdiyi məlum hücumun qarşısını almaqda İsrailə kömək edir.

Görünür, son günlərdə sionist rəsmilər və media, eləcə də sionist dairələrə yaxın Qərb və Ərəb mediaları İranın bir neçə SEPAH üzvünün şəhid edilməsinə görə qisas almaq niyyətində olduğunu iddia edərək, geniş təbliğat kampaniyasına başlayıblar. Bildirilir ki, İsrailin bu sui-qəsdlərdəki rolunu açıq və üstüörtülü şəkildə təsdiqlədiyi üçün İran Türkiyədə bu rejimin vətəndaşlarına sui-qəsd təşkil etmək niyyətindədir.

Heç şübhəsiz, irqçi rejim öz təbliğatında irəli sürdüyü iddialarda kənar məqsədləri güdür. Bu məqsədlərdən biri terrorçunun ünvanını dıyişərək özündən məzlum obrazı yaratmaq və İran İslam Respublikasını terror dövləti kimi qələmə verməkdir. Bununla yanaşı, Bennet administrasiyası Netanyahu ilə daxili rəqabətinə uyğun olaraq və onu kobudluqda ittiham edən Netanyahunun təbliğatı qarşısında müvəffəqiyyətli olduğunu sübut etmək üçün İrandakı sui-qəsdlərdə rolunu açıq və üstüörtülü şəkildə təsdiqləyir. Onun təhlilinə görə İran gec-tez qisas almaq fikrinə düşəcək və bu reallaşarsa, İsrail həmin təşəbbüslərdən məharətlə faydalanmalıdır.

Bu baxımdan işğalçı rejimin siyasəti və fəaliyyəti bir növ paradoksla üzləşir. Rejim İrana qarşı hərbi təhdidində ciddi olsa belə, geniş təbliğat kampaniyasına başlaması belə bir ehtimal ortaya çıxarır ki, Mossad Türkiyədə İsrailin bir neçə vətəndaşına sui-qəsd təşkil edəcək və məsuliyyəti İranın üzərinə qoyacaqdır. Bu atmosfer və ssenarilərdən kənarda sionist rejimin siyasi hərəkətləri və təbliğatları üçün bir neçə konkret hədəf düşünülə bilər: onların arasında Türkiyə-İran münasibətlərini pozmaq xüsusi yer tutur və bu onu göstərir ki, fitnəkar rejim təkcə İrana qarşı deyil, həm də Türkiyəyə qarşı hiylələr qurur ki, bu da Türkiyə hakimiyyətinin sayıq olmasını tələb edir. Həmçinin gözlənilir ki, türk mediası rejimin təbliğatına layiqli cavab verməlidir. Bu rejimin digər hədəfi də ABŞ prezidenti Co Baydenin işğal altındakı Fələstinə səfəri zamanı Amerika rəhbərliyini Fələstin məsələlərinin arxasınca getməkdən yayındırmaq və onu İranofobiya layihəsinə cəlb etməkdir.

Başqa sözlə bu rejim İranofobiya layihəsini qızışdırmaqla və İranla gərginliyi artırmaqla, ümumiyyətlə, Fələstin məsələsini beynəlxalq birliyin gündəmindən çıxarıb onun diqqətini guya İran təhlükəsinə yönəltmək istəyir.

Bu faktorları nəzərə alaraq, rəsmi Ankaranın işğalçı rejimin oyunlarında yer almaması hazırda çox önəmli məsələdir.

Teqlər