Camal Qaşıqçının qətlindən sonra ilk dəfə olaraq Bin Salman Türkiyəyə gəlib
https://azeri.sahartv.ir/news/türkiyə-i390401-camal_qaşıqçının_qətlindən_sonra_ilk_dəfə_olaraq_bin_salman_türkiyəyə_gəlib
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Ankarada prezident sarayında Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanı qarşılayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 22, 2022 15:49 Asia/Baku
  • Camal Qaşıqçının qətlindən sonra ilk dəfə olaraq Bin Salman Türkiyəyə gəlib

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Ankarada prezident sarayında Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanı qarşılayıb.

SəhərAzəri-nin məlumatına əsasən,Bin Salmanın tənqidçilərindən olan jurnalist Camal Qaşıqçı 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda dəhşətli şəkildə qətlə yetirildi. Türkiyənin bu cinayətin amillərinin cəzalandırılmasını tələb etməsi Ankara ilə Ərrəyad əlaqələri ni gərginləşdirdi.

ABŞ dövləti bu qətl barədə yaydığı hesabatda Camal Qaşıqçının bir başa Bin Salmanın əmri ilə qətlə yetirildiyini bildirmişdi.

Türkiyə prezidentinin Səudiyyə Ərəbistanına səfəri ərəfəsində bu ölkə məhkəməsi Qaşıqçının qatillərinə qarşı mühakimə qərarını ləğv edərək məhkəmə prossesinin Səudiyyə Ərəbistanının ədliyyə sisteminə köçürülməsinə qərar vermişdi.

Türkiyədə seçkilər ərəfəsində bu ölkə prezidenti Səudiyyə Ərəbistanı ilə əlaqələri yaxşılaşdırmaq qərarına gəlmişdir.