Leysan yağışlar Türkiyənin üç şimal vilayətində ciddi fəsadlar törədib
https://azeri.sahartv.ir/news/türkiyə-i390573-leysan_yağışlar_türkiyənin_üç_şimal_vilayətində_ciddi_fəsadlar_törədib
Türkiyənin Qara dəniz sahillərinə yaxın bölgələrdə güclü yağış və sel səbəbindən yaranan daşqınlar xüsusilə də Bartın, Zonquldak və Kastamonu rayonlarında evləri su basıb, dərələr daşıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 27, 2022 14:53 Asia/Baku
  • Leysan yağışlar Türkiyənin üç şimal vilayətində ciddi fəsadlar törədib

Türkiyənin Qara dəniz sahillərinə yaxın bölgələrdə güclü yağış və sel səbəbindən yaranan daşqınlar xüsusilə də Bartın, Zonquldak və Kastamonu rayonlarında evləri su basıb, dərələr daşıb.

SəhərAzəri-nin məlumatına əsasən, Güclü leysan yağışlar nəticəsində yaranan daşqınlar bəzi binaların çökməsinə, körpülərin dağılmasına, küçələrin bağlanmasına və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Çayın daşması və suyun səviyyəsinin qalxması səbəbindən Kastamonu vilayətinin İnebolu bölgəsində 3 kənd, Bartın və Zonquldak vilayətlərində isə 4 kənd boşaldılıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi xilasetmə və yardım işləri üçün su basmış ərazilərə 32-si dalğıc olmaqla 730 nəfər şəxsi heyət, 214 xilasetmə maşını göndərilib.

Meteoroqlar üç vilayətdə güclü yağış, sel və daşqınların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq ediblər və onlardan çayların sahilindən yüksəkliyə çıxmağı və sürüşmələrə qarşı ehtiyatlı olmağı xahiş ediblər.