Əmir Abdullahiyan Ərdoğanla görüşəcəyini açıqlayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i390575-Əmir_abdullahiyan_Ərdoğanla_görüşəcəyini_açıqlayıb
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə bu gün Ankaraya gedib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2022 16:12 Asia/Baku
  • Əmir Abdullahiyan Ərdoğanla görüşəcəyini açıqlayıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə bu gün Ankaraya gedib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ankaraya daxil olarkən jurnalistlərə verdiyi açıqlamada deyib: "İranda 13-cü hökumət vəzifəyə başlayanda türkiyəli həmkarım cənab Çavuşoğlu Tehrana gəldi. Bu görüş zamanı biz iki ölkə arasında uzunmüddətli strateji əməkdaşlıq sazişinin hazırlanması və yekunlaşdırılması və onun Tehran və Ankara hakimiyyətinə təqdim edilməsi barədə razılığa gəldik". 

Bu səfərin Türkiyənin xarici işlər naziri Çavuşoğlunun dəvəti ilə edildiyini vurğulayan Əmir Abdullahiyan əlavə edib: "Müxtəlif ikitərəfli münasibətləri araşdırmaqdan əlavə, hazırda əsas diqqətimiz iki ölkə arasında uzunmüddətli strateji əməkdaşlıq planına yönəlib və mən Türkiyədə olduğum fürsətdən istifadə edərək həmkarımdan əlavə bəzi türk rəsmiləri ilə danışıqlar aparacağam və bu axşam Türkiyə prezidenti cənab Ərdoğanla mütləq mühüm və səmərəli danışıqlarımız və görüşümüz olacaq".