Türkiyə yenidən İsveç və Finlandiyadan terrorçuların təhvil verilməsini istəyib
Türkiyənin ədliyyə naziri bildirib ki, ölkəsi ikinci dəfə Finlandiya və İsveçdən bu iki ölkədə olan terrorçuların Ankaraya təhvil verilməsini istəyib.
SəhərAzəri-nin məlumatına əsasən, "RT"nin məlumatına görə, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib: "İsveç və Finlandiya diqqətlərini Türkiyənin terror təşkilatı ilə mübarizə tələblərinə yönəldiblər, lakin biz bu iki ölkənin terrorizm ilə mübarizədə iddialarının səmimiliyini ölçmək üçün terrorçuların ekstradisiyasını yenidən tələb etdik".
Bəkir Bozdağ vurğulayıb ki, Türkiyə 10 Hizb-ül-Təhrim və 10 PKK üzvünün ekstradisiyasını tələb edib və əgər İsveç və Finlandiya terror təşkilatlarına qarşı mövqe tutmasa və Türkiyənin mübarizəsini dəstəkləməsə, Türkiyə bu iki ölkənin NATO-ya daxil olmasına "hə" deməyəcək.
Bundan əvvəl İsveçin baş naziri Maqdalena Andersson Şimali Atlantika Alyansı NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı narahatlığını ciddi qəbul etdiyini açıqlayıb.