İyul 11, 2022 16:00 Asia/Baku
  • Türkiyə
    Türkiyə

Türkiyə mətbuatı bildiriblər ki, İsveç İspaniyanın Madrid şəhərində üçtərəfli razılaşmadan sonra Ankaraya ekstradisiya üçün Türkiyə Kürdüstan Fəhlə Partiyası PKK-nın bir neçə üzvünün siyahısını hazırlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İsveç elə bir halda Türkiyəyə ekstradisiya üçün PKK üzvlərinin siyahısını hazırlayıb ki, bundan əvvəl Türkiyə İsveç və Finlandiya orqanlarına rəsmi məktub göndərib və terrorçu adlandırdığı şəxslərin Türkiyəyə təhvil verilməsini tələb edib. 

Ankara deyir: PKK-nin əsas üzvlərinin çoxu İsveç və Finlandiyada məskunlaşıb. Bundan əvvəl Türkiyə bu iki Skandinaviya ölkəsinin NATO-ya daxil olmasını PKK üzvlərinin İsveç və Finlandiyadan çıxarılması ilə şərtləndirib. 

"TRT Haber" telekanalı bazar ertəsi bildirib ki, İsveç Türkiyəyə ekstradisiya üçün 10 PKK üzvünün siyahısını hazırlayıb.

Ankara daha əvvəl İsveç və Finlandiyadan PKK da daxil olmaqla bir sıra kürd qruplaşmalarını terror təşkilatı kimi tanımağı və Ankaranın terror ittihamı ilə axtardığı şəxsləri Türkiyəyə təhvil vermələrini istəyib. 

Teqlər