İyul 16, 2022 18:32 Asia/Baku
  • Ərdoğan bazar ertəsi İrana səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli görüşlərdə, eləcə də Astana prosesinin təminatçısı olan ölkələrin sammitində iştirak etmək üçün bazar ertəsi Tehrana səfər edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının prezidenti Ayətullah Seyid İbrahim Rəisinin rəsmi dəvəti və yüksək səviyyəli siyasi və iqtisadi nümayəndə heyətinin başçılığı ilə bazar ertəsi axşam Tehrana daxil olacaq.  

Türkiyə prezidenti Ərdoğanın rəsmi qarşılanma mərasimi çərşənbə axşamı səhər Səadabad mədəni-tarixi kompleksində keçiriləcək.

İran İslam Respublikasının prezidenti ilə ikitərəfli görüş, İran və Türkiyə Ali Əməkdaşlıq Şurasının 7-ci iclasının keçirilməsi və və mətbuat konfransının keçirilməsi Ərdoğanın Tehran səfərinin proqramlarına daxildir.

Teqlər