İyul 19, 2022 17:44 Asia/Baku
  • Tam həmrəyliklə terror təşkilatları ilə mübarizə etmək lazımdır

Türkiyə prezidenti deyib ki, tam həmrəyliklə terror təşkilatları ilə mübarizə etmək lazımdır.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi ilə birgə mətbuat konfransında terror təşkilatları ilə mübarizənin hər iki ölkə üçün xüsusi önəm kəsb etdiyini qeyd edən İran prezidentinin təkidinə istinadla vurğulayıbdır ki, terror qrupları region ölkələrinin sabitliyi və asayişinin pozulmasına bais olublar.

Türkiyə prezidenti İran İslam Respublikası prezidentinin Tehranın qonşu ölkələrlə əlaqələrdəki perspektivini çox dəyərli qiymətləndirib və əlavə edib: İran-Türkiyə əlaqələrində otuz milyard dollarlıq ticarət həcmi təyin edilib, amma korona pandemiyasına görə, bu ticarət həcmi mənalı şəkildə azalıbdır. Lakin neft və təbii qaz sahəsində addım atmaqla bu məsələyə təkan vermək olar.

 

Teqlər